İbtidai siniflərlə bağlı açıqlama - Tədris qismən bərpa ediləcək

12:20 - 27.01.2021


27 yanvar, Fineko/abc.az. Fevralın 1-dən ibtidai siniflər və məktəbəqədər qruplar üçün tədris qismən bərpa ediləcək.

ABC.AZ xəbər verir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O qeyd edib ki, V-IX siniflər üzrə dərslərin bərpası haqqında qərar mövcud vəziyyət nəzərə alınmaqla veriləcək.

"Fevralın 1-dən tədrisə başlayanda nəzərdə tutulan əsas işlərdən biri istilik sisteminə nəzarətlə bağlıdır. Bu prosesi tənzimləyəcəyik və fevralın 1-də şagirdlərimiz isti siniflərdə tədrisə başlayacaqlar” deyə M. Vəliyeva qeyd edib.

 

Bütün xəbərlər