İcbari Tibbi Sığortanın yeni filialı açıldı - Sayları 8 oldu

12:31 - 27.01.2021


27 yanvar, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə bölgələrdə fəaliyyət göstərən tibb müəssisələri arasında səmərəli əlaqələndirməni təmin etmək məqsədi ilə Agentliyin strukturuna daxil olan Ağcabədi filialı fəaliyyətə başlayıb.

ABC.AZ-ın məlumatına görə, bununla da Agentliyin fəaliyyət göstərən filiallarının sayı 8-ə çatıb.

Belə ki, Gəncə, Mingəçevir, Şəki, Ağcabədi, Quba, Şamaxı, Şirvan və Lənkəran filialları Agentliyin İdarə Heyəti tərəfindən müəyyən edilmiş inzibati ərazi vahidləri üzrə fəaliyyət göstərirlər. Ümumilikdə Agentliyin 11 filialının fəaliyyəti nəzərdə tutulur.

Müəllif: Elmir Murad

Bütün xəbərlər