Dəmir yolu nəqliyyatı ilə nə qədər sərnişin daşınıb?

14:47 - 28.01.2021


28 yanvar, Fineko/abc.az. Ötən il dəmir yolu nəqliyyatı ilə 2,1 milyondan çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu 2019-cu illə müqayisədə 44,8 faiz azalma deməkdir.

Həmçinin il ərzində dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 307 vaqon yüklənib, 385 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 14,1 min ton, qərb istiqaməti üzrə 3,3 min ton, cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

 

Bütün xəbərlər