Buraxılış imtahanının vaxtı açıqlandı

12:00 - 29.01.2021


29 yanvar, Fineko/abc.az. İki ay ərzində 19 növ imtahan keçiriləcək. Ən kütləvi imtahanlar aprel-sentyabr ayları ərzində keçiriləcək. Bunlar buraxılış və qəbul imtahanlarıdır.

ABC.AZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, buraxılış imtahanı aprel ayında olacaq.

"İmtahanlara bir ay qalmış tarixlər elan olunacaq. Ola bilər Operativ Qərargah tərəfindən bu imtahanlara icazə verilməsin. O halda may ayında keçiriləcək" deyə M. Abbaszadə bildirib.

 

Bütün xəbərlər