Bu imtahanda dəyişiklik olacaq

12:17 - 29.01.2021


29 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün mətbuat konfransı keçirib.

ABC.AZ-ın məlumatına görə, M.Abbaszadə bir sıra məsələlərə aydınlıq gətirərək qeyd edib ki, bu il qabiliyyət imtahanlarının keçirilməsi nəzərdə tutulub.

"Lakin burada bəzi dəyişikliklər var. Gələn həftə bununla bağlı jurnal nəşr olunacaq və dəyişikliklər orada göstəriləcək. Əgər epidemioloji vəziyyət imkan verməsə, keçənilki plan üzrə bəzi ixtisaslarda qabiliyyət imtahanları ixtisar oluna bilər. Lakin bu, “B” planıdır. “A” planı isə odur ki, biz qabiliyyət imtahanlarını keçirək” deyə M.Abbaszadə bildirib.

 

Bütün xəbərlər