Kağız əmək müqavilələri ləğv edilir - Yeni sistem yaradılır

12:30 - 29.01.2021


29 yanvar, Fineko/abc.az. 2020-ci ildə “Əmək münasibətləri və məşğulluq” altsistemi – ƏMAS adlı vahid əmək münasibətləri platformasının yaradılması əmək qanunvericiliyinin elektronlaşdırılmasına gətirib çıxaracaq.

ABC.AZ-ın məlumatına görə, bunu bu gün Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli  keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu sistem ölkənin həm məşğulluq siyasətini, eyni zamanda kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına kömək edəcək:

“Bu sistem bizə imkan verəcək ki, mərhələli şəkildə kağız əmək müqavilələrini ləğv edək, eyni zamanda əmək kitabçalarının dövriyyədən çıxarılmasını həyata keçirək. Bundan əlavə ezamiyyə vərəqələrini, kağız üzərində əmirləri, ştat cədvəllərini, digər kağız daşıyıcılarını ləğv edərək elektron müstəviyə keçməyi nəzərdə tuturuq”.

Bütün xəbərlər