BNA sürücülərə müraciət etdi - Avtomobillərinizi qadağan olunan yerdə park etməyin

14:13 - 29.01.2021


29 yanvar, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi məktəblərin açılması ilə əlaqədar sürücülərə müraciət edib.

BNA-dan ABC.AZ-a daxil olan məlumatda qeyd olunur ki, xüsusi karantin rejimi çərçivəsində 1 fevral 2021-ci il tarixindən orta məktəblərdə ibtidai siniflər üçün tədrisin əyani formada təşkili başlayır.

"Bunu nəzərə alaraq hərəkət iştirakçılarına anlayışlı olmaq, yol hərəkəti qaydalarına, xüsusən də avtobus zolaqlarının tələblərinə, dayanma, durma və parklanma qaydalarına ciddi əməl etmək tövsiyə edilir. Mövcud pandemiya şəraitində müntəzəm və ekspres xətlər üzrə avtobusların sərbəst hərəkətinə şərait yaradılması xüsusi ilə əhəmiyyət kəsb edir. Övladlarını şəxsi nəqliyyat vasitəsi ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib, digər hərəkət iştirakçılarına maneə yaratmasınlar” deyə məlumatda qeyd olunub.

 

Bütün xəbərlər