Agentıik zərər edib – Hesabat

17:15 - 29.01.2021


29 yanvar, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi konsolidə olunmuş maliyyə hesabatlarına dair kənar auditor rəyi ilə bağlı açıqlama yayıb.

ABC.AZ xəbər verir ki, açıqlamada Agentliyin əsas əməliyyat gəlirləri yığılmış icbari tibbi sığorta haqları hesab edildiyi və 2019-cu ildə sığortahaqlarının yığımı həyata keçirilmədiyindən, həmçinin dövlət büdcəsindən daxil olan vəsaitin gəlir kimi tanınmaması səbəbindən audit rəyinə əsasən 2019-cu ildə zərər qeydə alındığı vurğulanıb.

2019-cu ilin tanınmış gəlirləri isə cəmi 1 milyon 874 min manat olub ki, bura baza zərfi ilə əhatə olunmayan (istisnalar zərfi) tibbi xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər və azadolmalardan əldə edilən vəsait aiddir. Hesabatda qeyd olunduğu kimi, 2019-cu ildə pilot ərazilərdəki vətəndaşların istifadə etdiyi tibbi xidmətlərin maya dəyəri 35 milyon 776 min manat, Agentliyin ümumi və inzibati xərcləri 22 milyon 961 min manat təşkil edib.

 

Bütün xəbərlər