Dünya nəhənginin gəlirləri artıb – 17 faiz

10:56 - 1.02.2021


1 fevral, Fineko/abc.az. Dünyanın ən nəhəng şirkətlətindən olan "Microsoft"-un maliyyə göstəriciləri açıqlanıb.

ABC.AZ xəbər verir ki, şirkətin xalis mənfəəti, keçən ilin oktyabr-dekabr dövründə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 33% artaraq 15,5 milyard dollara yüksəlib.

Müqayisə üçün qeyd edək ki, şirkətin xalis mənfəəti 2019-un eyni dövründə 11,7 milyard dollar olmuşdu.

Ötən ilin 3 ayında şirkətin gəlirləri 36,9 milyard dollardan 43,1 milyard dollara yüksələrək 17% artıb.

Şirkətin bir səhminə düşən mənfəəti bu dövrdə 1,51 dollardan 2,03 dollara yüksəlib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər