AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektoru ləğv edilib

16:15 - 1.02.2021


1 fevral, Fineko/abc.az. "Azərxalça" ASC-nin İdarə heyətinin həbs edilən sabiq sədri Vidadi Muradov Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) vəzifəsindən azad edilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, o, akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri vəzifəsindən çıxarılıb.

Həmçinin həmin sektor ləğv edilib.

 

Bütün xəbərlər