Prezident və xanımı daha bir açılışda - Bu dəfə məktəb istifadəyə verildi

17:12 - 1.02.2021


1 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də bir sıra açılışlarda iştirak ediblər.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı və birinci xanım Abşeron rayonunun Xırdalan şəhərində 3 saylı məktəb-liseydə yaradılan şəraitlə tanış olublar.

Dövlət başçısının 2019-cu ilin yanvarında imzaladığı Sərəncamla bu təhsil müəssisəsinin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200 şagird yerlik yeni əlavə korpus inşa edilib.

Yeni tikilən korpusda müasir sinif otaqları, informatika, hərbi hazırlıq, əmək təlimi, məktəbəqədər hazırlıq kabinetləri yaradılıb və zəruri dərs vəsaiti ilə təchiz olunub.

Burada, həmçinin STEAM – elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat otağı, laboratoriyalar, akt zalı və açıq idman meydançası yaradılıb.

 

Bütün xəbərlər