Mərkəzi Bank insanlara xidmət göstərir ki, Şuşada filial açsın? - Prezident Elman Rüstəmovu tənqid etdi

10:38 - 2.02.2021


2 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev fevralın 1-də Azərbaycan Televiziyasına verdiyi müsahibədə Mərkəzi Bankın sədri Elman Rüstəmovu da tənqid edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı bunları deyib: "İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da ki, gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və insanların buna hansı xeyri dəyəcək? Heç bir. Təkcə bu, deyil. Digər qurumlar da, indi mənə müraciət etmişlər. Onların hər halda ağlı çatıb mənə müraciət etməyə və mən onlara dedim ki, gedin oturun yerinizdə. Onları da mən deyə bilərəm, sadalaya bilərəm, qoy Azərbaycan vətəndaşları bilsinlər".

 

Bütün xəbərlər