Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin - İlham Əlyev

10:50 - 2.02.2021


2 fevral, Fineko/abc.az. Dövlət başçısı bildirib ki, bütün torpaqlar planlı şəkildə bərpa ediləcək.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

"Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı şəkildə və əsaslı şəkildədir. Mən əminəm ki, buna biz nail olacağıq. Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin".

 

Bütün xəbərlər