Mən bunların hamısını cəzalandıracağam - Prezident məmurlar barədə danışıb

11:04 - 2.02.2021


2 fevral, Fineko/abc.az. Mən indi o biri məsələni də demək istəyirəm. Mən indi müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər dikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində  Şuşa haqda danışarkən və məmurları tənqid edərkən bildirib.

Dövlət başçısı sözlərinə belə davam edib: "O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun".

 

Bütün xəbərlər