Prezident qəbul keçirib – Mevlüt Karakaya ilə görüşüb

12:18 - 2.02.2021


2 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavini, Ankaradan deputat Mevlüt Karakayanı qəbul edib.

ABC.AZ xəbər verir ki, Mevlüt Karakaya partiyanın sədri Dövlət Baxçalının salamlarını Prezident İlham Əliyevə çatdırıb.

O, dövlət başçısının rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfər münasibətilə İlham Əliyevi təbrik edib.

İlham Əliyev Dövlət Baxçalının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Milliyətçi Hərəkat Partiyasının sədrinə çatdırmağı xahiş edib.

 

Bütün xəbərlər