Bank VTB Azərbaycan” ötən ili mənfəətlə başa vurub - Hesabat

11:37 - 3.02.2021


3 fevral, Fineko /abc.az. “Bank VTB Azərbaycan” ASC 2020-ci ilin maliyyə göstəricilərini açıqlayıb. ABC.AZ-ın məlumatına görə, Bank sözügedən dövrü 3,86 milyon manat mənfəətlə başa vurub.

2020-ci ildə bankın faiz gəlirləri 10,4 mln manat (illik müqayisədə 25% çox), faiz xərcləri 3,2 mln manat (illik müqayisədə 1,5% çox), xalis faiz mənfəəti 6,3 mln manat (illik müqayisədə 65% çox) təşkil edib.

Bank problemli kreditlərin həcmini 140,88 mln manat azaldıb.

Bütün xəbərlər