Gürcüstanda yoluxmadan 13 nəfər öldü - Statistika

12:30 - 3.02.2021


3 fevral, Fineko/abc.az. Son 24 saatda Gürcüstanda 688 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 13 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3221 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 788 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 259.897 nəfərə çatıb.

Onlardan 251.077 nəfəri isə tam olaraq sağalıb.

Bütün xəbərlər