Ən müasir texnika ölkəmizə gətirilməlidir – İlham Əliyev

15:08 - 4.02.2021


4 fevral, Fineko/abc.az. Yeni texnikanın alınması, əlbəttə ki, növbədə duran əsas vəzifələrdən biridir.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Vüqar Süleymanovu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Prezident sözlərinə belə davam edib: "Son illərdə bu sahədə texnoloji inkişaf özünü qabarıq şəkildə büruzə verir. İndi elə maşınlar, mexanizmlər, texnika var ki, işi həm sürətləndirir, həm də keyfiyyətlə aparmağa imkan verir. Ona görə, baxın, dünyanın aparıcı istehsalçıları olan şirkətlərin ən müasir texnikası ölkəmizə gətirilməlidir”.

 

Bütün xəbərlər