Minatəmizləmə işləri elə aparılmalıdır ki, qısa müddətdə bərpa işlərinə start verə bilək - Prezident

15:22 - 4.02.2021


4 fevral, Fineko/abc.az. Bildiyiniz kimi Prezident İlham Əliyev Vüqar Süleymanovu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı bir sıra məqamlara toxunub.

O azad olunmuş ərazilərə köçürüləcək sakinlərdən danışıb: "Bizim keçmiş köçkünlərimiz 30 il vətən həsrəti ilə yaşayıblar. Ona görə minatəmizləmə işləri elə aparılmalıdır ki, biz qısa müddət ərzində bərpa işlərinə start verə bilək və beləliklə, vətəndaşlar inşaat işləri başa çatandan sonra öz torpaqlarına qayıda bilsinlər”.

 

Bütün xəbərlər