Məşhur "Xiaomi" şirkəti Türkiyədə telefon istehsal edəcək

15:38 - 4.02.2021


4 fevral, Fineko/abc.az. Çinin nəhəng texnologiya şirkəti "Xiaomi" 2021-ci ilin ilk rübündə Türkiyəyə sərmayə qoymağı düşünür.

ABC.AZ-ın məlumatına görə, şirkət Türkiyədə ağıllı telefon istehsalına başlamağı planlaşdırır.

Belə ki, "Xiaomi" 30 milyon dollarlıq sərmayə ilə Türkiyədə zavodunu quracaq.

Bununla da Türkiyə məşhur markanın dünyada istehsalı olan dördüncü ölkə olacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər