Gürcüstanda koronavirus 18 nəfərin həyatına son qoydu – Günün statistikası

11:11 - 5.02.2021


5 fevral, Fineko/abc.az. Son 24 saatda Gürcüstanda koronavirusa 538 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 18 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3258 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 498 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 261.018 nəfərə çatıb. Onlardan 252.246 nəfəri isə tam olaraq sağalıb.

 

Bütün xəbərlər