Ötən il bu qədər daşınmaz əmlak qeydiyyata alınıb – Hesabat

15:28 - 5.02.2021


5 fevral, Fineko/abc.az. 2020-ci il ərzində 237 450 daşınmaz əmlakın qeydiyyatı aparılıb.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, onlardan 63 247-si (26,6%-i) ilkin, 174 203-ü (73,4%-i) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 35 775-i fərdi yaşayış və bağ evi, 74 533-ü mənzil, 118 534-ü torpaq sahəsi, 2 543-ü qeyri-yaşayış binası, 5 368-i qeyri-yaşayış sahəsi, 637-si əmlak kompleksi, 59-u çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmədir.

İlkin qeydiyyatın 36 682-si Bakı şəhərinin, 26 565-i isə regionların payına düşür.

2020-ci il ərzində 34 061 mənzil üzərində mülkiyyət hüququ ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə üzərində hüquqların ilkin olaraq qeydiyyata alındığı mənzillərin sayı 7,8% artıb.

 

Bütün xəbərlər