Ötən il 199 637 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb

15:38 - 5.02.2021


5 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 2020-ci il ərzində 237 450 daşınmaz əmlak qeydiyyatı aparılıb.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, ötən il 199 637 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib.

Bundan başqa, hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınan hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair 262 939 arayış (Forma-1) verilib. 2020-ci il ərzində 32 693 ipoteka müqaviləsi qeydiyyata alınıb.

 

Bütün xəbərlər