“İnnovasiyalar Mərkəzi”-nin direktoru vəzifəsindən çıxarılıb - Səbəb

10:12 - 8.02.2021


8 fevral, Fineko/abc.az. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağı-Zadə vəzifəsindən azad edilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. T.Tağı-Zadənin işdən çıxması yeni vəzifəyə təyin olunması ilə əlaqədardır.

Qeyd edək ki, 32 yaşlı T.Tağı-Zadə 2018-ci ildən "İnnovasiyalar Mərkəzi" MMC-nin direktoru olub. O, daha əvvəl 2016-cı ildən 2018-ci ilə qədər MMC-nin direktor müavini vəzifəsində çalışıb.

 

Bütün xəbərlər