Azərbaycan-Rusiya sərhəd yolunda yenidənqurma işləri belə aparılır - Foto

16:18 - 8.02.2021


8 fevral, Fineko/abc.az. Azərbaycan-Rusiya dövlət sərhədində “Xanoba”, “Şirvanovka” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri uğurla davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ABC.AZ-a bildirilib ki, sözügedən avtomobil yolunun yenidən qurulmasında məqsəd Rusiya ilə sərhəddə yerləşən “Samur”, “Şirvanovka” və “Xanoba” sərhəd-keçid məntəqələri ilə nəqliyyat əlaqəsini daha da yaxşılaşdırmaqdır.

Bundan başqa yol yeni Bakı-Rusiya magistral avtomobil yoluna birləşəcək. Bununla da avtomobil yolu sərnişinləri və ölkə ərazisindən ixrac olunan məhsulları 3 keçid məntəqəsi arasında paylaşdırmaqla daha sürətli transfer rolunu oynayacaq.

Yoldakı işlərin 2022-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulub.

 


Bütün xəbərlər