Bu iki general vəzifələrindən azad olunub - Nazirdən əmr

16:29 - 8.02.2021


8 fevral, Fineko/abc.az. Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb.

 

Bütün xəbərlər