Gürcüstanda yoluxmadan 8 nəfər ölüb - Statistika

12:23 - 9.02.2021


9 fevral, Fineko/abc.az. Gürcüstanda son 24 saatda 829 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 8 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3306 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 566 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 263.057 nəfərə çatıb.

Onlardan 254.916 nəfəri isə tam olaraq sağalıb.

 

Bütün xəbərlər