BP bizim strateji tərəfdaşımızdır - İlham Əliyev

15:41 - 9.02.2021


9 fevral, Fineko/abc.az. Xəbər verdiyimz kimi Prezident İlham Əliyev Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Mortonu qəbul edib.

ABC.AZ-ın məlumatına görə, görüşdə dövlət başçısı bəzi məqamlara toxunub.

Prezident qeyd edib ki, enerji sahəsində əməkdaşlıq bizim tərəfdaşlığımızın mühüm hissəsidir.

"Biz böyük layihə olan Cənub Qaz Dəhlizini tamamlamağa çox şadıq. Bilirsiniz ki, BP bizim strateji tərəfdaşımızdır. Bu şirkət Azərbaycanda həyata keçirilən əsas layihələrdə lap əvvəldən investor qismində iştirak edib. “Əsrin müqaviləsi”nin vaxtının uzadılmasından sonra bizim əməkdaşlığımız bir çox onilliklər ərzində davam edəcəkdir”, - deyə ölkə başçısı bildirib.

 

Bütün xəbərlər