Azərbaycanda 10 yeni su anbarı tikiləcək - Nazirlik rəsmisi

17:33 - 9.02.2021


9 fevral, Fineko/abc.az. Dövlət başçısının müvafiq sərəncamı ilə Azərbaycanda yeni su anbarlarının tikintisi nəzərdə tutulub.

ABC.AZ xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov “Eskpert saatı”nda deyib.

Şöbə müdiri qeyd edib ki, bu çərçivədə 10 su anbarının yenidən qurulması və ya yenisinin inşasını düşünürlər:

“Həmin su anbarlarının texniki iqtisadi əsaslandırılması hazırlanır. Yaxın illərdə həmin su anbarlarının tikintisinə başlanılacaq”

 

Bütün xəbərlər