Məktəb direktoru olmaq istəyənlərin diqqətinə - Müsabiqə başlayır

10:19 - 10.02.2021


10 fevral, Fineko/abc.az. Cari il üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 623 vakant yer çıxarılacaq.

ABC.AZ Təhsil Nazirliyinə istinadən xəbər verir ki, direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbuluna 10 fevral tarixində start verilir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 13 fevral saat 23:59-dək elektron qeydiyyat zamanı müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

2020-ci ilin 28 sentyabr-5 oktyabr tarixlərində elektron qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul edilmiş namizədlərin ərizələri vakansiya seçimi mərhələsinə qaytarılacaq.

Həmin şəxslər də 13 fevral tarixinədək yenidən vakansiya seçimi edərək elektron ərizələrini təsdiq etməlidirlər.

 

Bütün xəbərlər