"Twitter"in ötən ilki gəliri açıqlanıb - Böyük rəqəm

10:50 - 10.02.2021


10 fevral, Fineko/abc.az. Twitterin 2020-ci ildə gəliri 3,72 milyard dollara çatıb.

ABC.AZ-ın məlumatına görə, bu 2019-cu illə müqayisədə 7% artım deməkdir.

Belə ki, şirkətin 2019-cu ildəki gəliri 3,45 milyard dollar olmuşdu. Şirkətin keçən ilin son rübündə əldə etdiyi gəlir isə 2019-cu ilin 4-cü rübü ilə müqayisədə 28% artaraq 1,29 milyard dollara yüksəlib.

Şirkət 2019-un son rübündə 1 milyard dollarlıq gəlir əldə etmişdi.

Müəllif: Elmir Murad

Bütün xəbərlər