"Tesla"nın Çində satışları 2 dəfə artıb

11:48 - 10.02.2021


10 fevral, Fineko/abc.az. "Tesla"nın Çindəki avtomobil satışları, 2020-ci ildə 2019-cu illə müqayisədə 2 dəfədən çox artıb.

ABC.AZ xəbər verir ki, "Tesla"nın 2020-ci ildə Çindəki 6,66 milyard dollarlıq avtomobil satışı, şirkətin cəmi reallaşdırdığı 31,54 milyard dollarlıq satışın 21%-ni təşkil edib.

Belə ki, şirkətin 2019-cu ildə Çindəki satış miqdarı 2,98 milyard dollar olaraq qeydə alınmışdı.

Müəllif: Elmir Murad

Bütün xəbərlər