Bu prospektdə avtobusların hərəkəti daha sürətli olacaq - Yenilik

15:39 - 10.02.2021


10 fevral, Fineko/abc.az. Bakının Atatürk prospektində üfüqi nişanlanma xətlərinin çəkilməsinə başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən ABC.AZ-a bildirilib ki, avtobus zolağı prospektin daha çox sıxlıq halları və ləngimələr müşahidə olunan istiqamətində - Əlövsət Əbdülrəhimov küçəsi ilə kəsişməsindən Səttar Bəhlulzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində təşkil olunacaq.

Prospektin qeyd olunan hissəsindən 15 marşrut xətti üzrə 231 avtobus keçir.  Lakin bu istiqamətdə yolda müşahidə olunan nəqliyyat sıxlığı avtobusların hərəkət qrafikinin 15-20 dəqiqə, bəzən isə daha uzun müddətə gecikməsinə səbəb olur.

Zolağın təşkili ilə pik saatlarda avtobuslararası interval stabilləşəcək, orta hərəkət sürəti artacaq, sərnişinlərin səfər müddəti isə 20 dəqiqədən 4 dəqiqəyədək azalacaq.

 

Bütün xəbərlər