Bakıda 80 yeni iş yeri açılacaq - Yeni layihə

17:01 - 10.02.2021


10 fevral, Fineko/abc.az. “Bakı İnşaat Sənaye” ASC armatur, boru, profil, şveller istehsalı üçün ümumi dəyəri 15 milyon manat olan layihə reallaşdırmağa başlayır.

ABC.AZ-ın məlumatına görə, layihənin 5 milyon manatı Sahibkarlığın İnkişafı Fondundan cəlb edilən kredit hesabına maliyyələşdirilir. Layihənin həyata keçirilməsi nəticəsində “Bakı İnşaat Sənaye"nin illik gücü 77 min ton metal məmulatlarına yüksələcək və 80 yeni iş yeri açılacaq.

Müəllif: Elmir Murad

Bütün xəbərlər