330x110
 

Zakir Həsənov Türkiyəyə getdi

11.02.2021,10:32


11 fevral, Fineko/abc.az. Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 11-də Türkiyəyə yola düşüb.

ABC.AZ-ın məlumatına görə, səfər Türkiyə milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə baş tutub.

Səfər zamanı general-polkovnik Z.Həsənov Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2021”-in yekun mərhələsini izləyəcək.