Qubada hava limanı tikilə bilər - Anonsu verildi

17:31 - 11.02.2021


11 fevral, Fineko/abc.az. Quba rayonunda hava limanı və dəmir yolu vağzalının inşası nəzərdə tutulub.

ABC.AZ Report-a istinadən xəbər verirBu barədə Quba Rayon İcra Hakimiyyətindən bildirilib. Məlumata görə, hazırda bu istiqamətdə mütəxəsislər iş aparır, lakin hələ ki, yekun rəsmi qərar yoxdur.

Hökumət razılıq versə, yeni hava limanı modul tipli elektrik yarımstansiyasının arxasında, Şahdağ Qış-Yay Turizm Kompleksinə gedən yol istiqamətində tikiləcək. Dəmir yolu vağzalının mümkün yeri isə hələ ki, məlum deyil.

 

Bütün xəbərlər