Gürcüstanda şəhərlərarası uçuşlar bərpa olunub

11:23 - 12.02.2021


12 fevral, Fineko/abc.az. Bu gündən etibarən Gürcüstanın Nataxtari şəhərindən Mestia və Ambrolauri hava limanlarına və əksinə olan uçuşlar bərpa edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstan Hava limanları Birliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, uçuşlar həftədə iki dəfə həyata keçiriləcək: "Bu gündən etibarən Gürcüstanın dağlıq bölgələrinə daxili reyslərimizi bərpa etdik. Nataxtaridən Mestia və Ambrolauri hava limanlarına müntəzəm uçuşlar kiçik təyyarələrlə həftədə iki dəfə fevral-mart aylarında həyata keçiriləcək".

Müəllif: Elmir Murad

Bütün xəbərlər