Ceyhun Əli işdən azad olunub - Yeni təyinat

11:24 - 12.02.2021


12 fevral, Fineko/abc.az. Milli Məclisin mətbuat katibiMilli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ceyhun Əli işdən azad olunub.

ABC.AZ-ın məlumatına görə, bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova əmr imzalayıb.

Qeyd edək ki, sözügedən vəzifəyə həmin şöbənin müavini Mehman Qayıbov təyin edilib.

 

Bütün xəbərlər