Kiyev-Bakı uçuşları bərpa olunur – Gələn aydan

12:26 - 15.02.2021


15 fevral, Fineko/abc.az. "Ukrayna Beynəlxalq Hava Yolları” (MAU) şirkəti gələn aydan Kiyev-Bakı-Kiyev istiqamətində aviareysləri bərpa edir.

ABC.AZ Report-a istinadən xəbər verir ki,  aviadaşıyıcı yay mövsümü ilə bağlı uçuş proqramını yeniləyib.

Proqrama əsasən, martın 28-dən Ukrayna paytaxtından Azərbaycana, Gürcüstana və Ermənistana uçuşlar bərpa olunacaq. Bundan başqa, aviaşirkət Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya, BƏƏ, Misir və Türkiyə istiqamətlərində də aviareysləri bərpa edəcək.

 

Bütün xəbərlər