Füzulidə dəmir yolu xəttinin təməli qoyulub - Foto

15:16 - 15.02.2021


15 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyma mərasiminə qatılıb.

ABC.AZ-ın məlumatına görə, ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür.

Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Dövlət başçısı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub.

 


Bütün xəbərlər