"İnnovasiyalar Mərkəzi" MMC-də yeni təyinat

17:19 - 15.02.2021


15 fevral, Fineko/abc.az. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ("ASAN Xidmət") məxsus "İnnovasiyalar Mərkəzi" MMC-nin rəhbərliyinə müvəqqəti təyinat olub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Vüsal Rüstəmova həvalə edilib.

O, indiyə qədər "İnnovasiyalar Mərkəzi"nin direktor müavini olub, şirkətin rəhbərliyində bu günlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzinTelekom” MMC-nin direktor əvəzi təyin olunmuş Tağı Tağızadəni əvəz edib.

 

Bütün xəbərlər