Əmək müqavilələri 10 faiz artıb – Ötən il

11:02 - 16.02.2021


16 fevral, Fineko/abc.az. Azərbaycanda məşğulluq imkanlarının artırılması və əmək münasibətlərinin leqallaşdırılması istiqamətində aparılan işlər son üç ildə əmək müqavilələrinin sayının 30% artması ilə nəticələnib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, əmək müqavilələrinin sayı 2018-ci ilin əvvəli ilə müqayisədə 393 min artaraq 1 yanvar 2021-ci il tarixə 1 milyon 703 min 249-a çatıb.

Özəl sektor üzrə əmək müqaviləsi artımı 63%, dövlət sektoru üzrə 10% təşkil edib.

Təkcə 2020-ci ildə əmək müqavilələrinin sayında 149 min və ya 10% artım qeydə alınıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər