Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilib

15:15 - 16.02.2021


16 fevral, Fineko/abc.az. Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib.

ABC.AZ xəbər verir ki, toplantının gündəliyinə 3 məsələ daxil edilib.

Əvvəlcə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəd müzakirəyə çıxarılıb. Qanun layihələrinə əsasən Şərur rayonun inzibati ərazi bölgüsündə olan Dəmirçi kənd inzibati ərazi dairəsindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilir.

Müzakirələrdən sonra hər 3 məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Bütün xəbərlər