Ov mövsümü bu tarixdə bitəcək - Açıqlama

17:23 - 16.02.2021


16 fevral, Fineko/abc.az. Fevralın 28-də Azərbaycanda ov mövsümü bitir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda çıxışı zamanı deyib.

O qeyd edib ki, pandemiya və Vətən müharibəsi səbəbindən ov mövsümü bir neçə dəfə dayandırılmışdı:

“Ov mövsümü ilə bağlı yekun rəqəmlər iki həftədən sonra - mövsüm bağlananda açıqlanacaq”.

 

Bütün xəbərlər