Bu yaşdakılara bu gündən vaksin vurulacaq

10:25 - 17.02.2021


17 fevral, Fineko/abc.az. Bu gün Azərbaycanda yaşı 50 yaş və daha yuxarı olan şəxslərin “COVID-19” xəstəliyinə qarşı vaksinasiyasına başlanılır.

ABC.AZ xəbər verir ki, bunun üçün həmin şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur.

Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir. Vətəndaş peyvəndləmə vaxtını və ya məntəqəni dəyişmək istədikdə yenidən qeydiyyatdan keçməlidir.

Təyin olunan vaxtda tibb müəssisəsinə yaxınlaşdıqda vətəndaş qeydiyyatçıya şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

 

Bütün xəbərlər