Azərbaycanda saç boyaları istehsal olunacaq

10:38 - 17.02.2021


17 fevral, Fineko/abc.az. “AZCOSMETICS GROUP” MMC Azərbaycanda saç boyaları istehal edəcək.

ABC.AZ-ın məlumatıma görə, bunu şirkətin rəhnərliyindən bildiriblər.

Qeyd olunub ki, şirkət ölkədə qeyd olunan sahəyə tələbatın yüksək olduğunu nəzərə alaraq saç boyaları istehsal etmək qərarına gəlib.

"Bu ilk növbədə ölkəmizdən saç boyası üçün xaricə gedən valyuta axınının qarşısını alacaq, digər ölkələrdən alınan və böyük vəsait tələb edən məhsullarla müqayisədə, üç dəfəyədək sərfəli qiymətə olması isə tələbatın yerli istehsal hesabına ödənilməsinə şərait yaradacaq" deyə şirlətdən bildirilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər