Çavuşoğlu Bakıya gəlir - Səfər proqramı açıqlanıb

11:54 - 17.02.2021


17 fevral, Fineko/abc.az. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.

ABC.AZ-ın məlumatına görə, 18-19 fevral tarixlərində Azərbaycana səfər edəcək Çavuşoğlu xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək və Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək.

Səfər zamanı Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri David Zalkalianinin iştirakı ilə Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin 9-cu görüşü keçiriləcək.

 

Bütün xəbərlər