Tenderlərdə iştirak haqqının böyük olması şirkətləri çəkindirir – Xidmət rəisi

14:50 - 17.02.2021


17 fevral, Fineko/abc.az. Hazırda 5 min manatdan 50 min manatadək olan dövlət satınalmaları kotirovka seqmentinə aid edilir.

ABC.AZ-ın məlumatına görə, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli bildirib.

O qeyd edib ki, bu seqmentin böyüdülərək 100 min manatadək çatdırılması və kotirovka sorğularının da elektron portal vasitəsilə aparılması nəzərdə tutulur.

Onun sözlərinə görə, yeni "Dövlət satınalmaları haqqında" qanun layihəsindəki yeniliklərdən biri iştirak haqlarının optimallaşdırılmasıdır:

"Şirkətlərin tenderlərdə geniş iştirak etməmələrinin səbəblərindən biri də tenderlərin iştirak haqlarının böyük məbləğlərdə olmasıdır. Elə tenderlər var ki, həcmləri böyük olmasa da, iştirak haqları çox yüksək olur. Yüksək iştirak haqqı şirkətləri çəkindirir, üstəlik inam da yoxdur ki, bu proses şəfaf getməyəcəkdir".

 

Bütün xəbərlər