MİDA kombilərin quraşdırılması üçün tender keçirir

15:41 - 17.02.2021


17 fevral, Fineko/abc.az. MİDA MMC Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə inşa olunan yaşayış kompleksində mənzillər üçün kombilərin (24 kW) alınıb quraşdırılması üçün açıq tender keçirir.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 12.03.2021 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 29.03.2021 12:00 qədər təqdim etməlidirlər. Tenderdə iştirak haqqı 700 manatdır.

İddiaçıların təkliflərinin açılışı  30.03.2021 12:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs : Zahid Vəliyev

Telefon: (994 12) 594-54-01 ( 238)

 

Bütün xəbərlər