Ali Məhkəmədə Lider TV ilə bağlı məsələyə baxılıb

17:34 - 17.02.2021


17 fevral, Fineko/abc.az. Ali Məhkəmədə “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından kassasiya şikayətinə baxılıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, hakim Kəmalə Abıyevanın sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib və “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə dəyişdirilmədən saxlanılıb.

 

Bütün xəbərlər